<

Energetika naziri Pərviz Şahbazov avqustun 30-da Gəncə şəhərində Gəncə və Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Bakı şossesinin kənarı) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Goranboy şəhərində Goranboy və Naftalan rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Seymur Bağbanlı), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235 17 57, (055) 573 17 57), elektron poçt ünvanı: office.ganja@regulator.gov.az,  ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. 

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Digər xəbərlər