Energetika naziri Pərviz Şahbazov Böyük Britaniyaya səfər çərçivəsində Şotlandiyanın liman şəhəri Aberdində olub. Nazir dünyanın ən böyük üzən külək elektrik stansiyası -Kinkardinə baş çəkib. Suyun 60 metrdən 80 metrədək dərinliyində yerləşən 50 MVt gücə malik stansiyanın fəaliyyəti ilə tanış olub.
Energetika naziri Pərviz Şahbazov  Şotlandiyanın "xalis sıfır", enerji və nəqliyyat naziri Michael Matheson ilə də görüşüb. Görüşdə  neft-qaz məkanı kimi Şotlandiyanın enerjidə inkişaf yolu nəzərdən keçirilib, enerji keçidinə dair məsələlər müzakirə edilib. Nazir, həmçinin Aberdində  keçirilən Enerji İxracı Konfransı çərçivəsində  təşkil olunmuş bərpa olunan enerji üzrə sərgiyə də baxış keçirib.
 

Digər xəbərlər