<

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, yanvarın 24-də Energetika naziri Pərviz Şahbazov Siyəzən şəhərində, nazir müavini Samir Vəliyev Qobustanda, nazir müavini Elnur Soltanov isə Cəlilabadda vətəndaşları qəbul edib.

Qəbuldan öncə nazir Pərviz Şahbazov və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayonun mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub və xatirəsini ehtiramla yad ediblər.        

Vətəndaşların qəbulu zamanı səsləndirilən müraciətlər yeni elektrik xətlərinin çəkilməsi, elektrik dirəklərinin qəzalı vəziyyəti, elektrik enerjisindən istifadəyə görə köhnə borcların silinməsi, elektrik qurğu və avadanlıqlarının yararsız halda olması, elektrik və qaz sayğaclarının quraşdırılması, təbii qaz təchizatı və digər məsələləri əhatə edib. Qəbullarda vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün tapşırıqlar verilib.

Qəbul zamanı Şabran və Xaçmaz rayonlarından gələn vətəndaşların da müraciətləri dinlənilib və həlli üçün lazımi göstərişlər verilib.

Ümumilikdə qəbullarda 17 vətəndaşın müraciətinə baxılıb.

Digər xəbərlər