- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri “Siemens” şirkətinin tədbirində iştirak edib
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində “Siemens” şirkətinin təşkil etdiyi “Enerji sisteminin gələcəyi” adlı tədbirdə iştirak edib. Tədbirdə qlobal iqtisadiyyatın və enerji sisteminin yeni çağırışlarla üzləşdiyi, dekarbonizasiya və rəqəmsallaşma kimi trendlərin aktuallaşdığı qeyd edilib. Yeni smart şəbəkələrin və enerji istehsal edən birliklərin mərkəzləşdirilməsinin enerji infrastrukturlarının mürəkkəbliyini əhəmiyyətli dərəcədə artırdığı və belə bir vəziyyətdə rəqəmsal məlumatlarla idarəetmənin vacibliyi bildirilib. “Siemens”in enerji sektorunun gələcək inkişafı, yeni nəsil qaz trubinləri və rəqəmsal xidmətlərilə bağlı təqdimatlar dinlənilib.
Tədbirdən sonra energetika naziri Pərviz Şahbazovla “Siemens” şirkətinin enerji və qaz istehsalı üzrə baş icraçı direktoru Villi Mayksner arasında görüş keçririlib. “Siemens”in Azərbaycanda elektrik stansiyaları və yarımsatansiyaların inşası, eləcə də ötürücü və paylayıcı şəbəkələrdə avtomatik idarəetmə sisteminin qurulması ilə bağlı fəaliyyətindən bəhs edilib. Pərviz Şahbazov ölkədə yeni generasiya güclərinin yaradılması, mövcud şəbəkələrin modernləşdirilməsi və 2030-cu ilə kimi enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faiz artırılması planları barədə məlumat verib. Villi Mayksner isə təmsil etdiyi şirkətin yeni əməkdaşlıqlara açıq olduğunu bildirib.