Martın 3-də energetika naziri Pərviz Şahbazov Şəmkir rayon Gənclər Mərkəzində vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqların mühafizə zonası, elektrik avadanlıqlarının istismara yararsız vəziyyəti, elektrik xətlərinin çəkilişi, elektrik enerjisinin keyfiyyəti, qaz təchizatı, qazdan istifadəyə görə yaranmış borc, sayğacların quraşdırılması, işlə təminat, təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Şəmkir və Tovuz rayonlarından olan 36 vətəndaş iştirak edib.

 

Digər xəbərlər