Energetika naziri Pərviz Şahbazov Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib. 
Ölkəmizdəki səlahiyyət müddəti başa çatan rumıniyalı səfirin iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində səmərəli fəaliyyətini vurğulayan nazir bu əlaqələrin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edib.
Görüşdə Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın inkişafı istiqamətində Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edilib, Rumıniyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında davamlı iştirakı bu layihəyə marağın və dəstəyin göstəricisi kimi qiymətləndirilib. Layihənin gələcəkdə ötürücülük qabiliyyətinin artırılması hesabına genişləndirilməsi perspektivlərindən danışılıb. 
Görüşdə həmçinin energetika sahəsində əməkdaşlıqla bağlı qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər  müzakirə olunub.  
 

Digər xəbərlər