Energetika naziri Pərviz Şahbazov iyunun 23-də Qusar rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, elektrik enerjisi verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti qazlaşdırma, təbii qazdan istifadəyə görə cərimələrin yazılması və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.

Qəbulda Qusar, Quba və Xaçmaz rayonlarından olan 25 vətəndaş iştirak edib.

 

Digər xəbərlər