Energetika naziri Pərviz Şahbazov iyunun 24-də Qəbələ şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar elektrik enerjisi və qaz təchizatı, elektrik və qaz sərfiyyatına görə yaranan borc və cərimələr, elektrik xətt və dirəklərinin yenilənməsi, qurğu və avadanlıqlarının istismara yararsızlığı, sayğacların quraşdırılması, abonent kodunun aktivləşdirilməsi, transformatorun yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Qəbulda Mingəçevir şəhəri, Qəbələ və Şəki rayonlarından olan 13 vətəndaş iştirak edib.

 

Digər xəbərlər