- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Pərviz Şahbazov Ukraynaya başsağlığı verib
Energetika naziri, Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında İqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov Ukraynanın ölkəmizdəki səfirliyinə gələrək Azərbaycan hökuməti adından başsağlığı verib. Nazir matəm kitabına ürək sözlərini yazıb:
“Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Ukrayna hökuməti və xalqına, təyyarə qəzası qurbanlarının ailələrinə və yaxınlarına Azərbaycan hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.”