<

Vyanada səfərdə olan energetika naziri Pərviz Şahbazov OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei ilə görüşüb. Görüşdə qlobal neft bazarının cari vəziyyəti nəzərdən keçirilib. Neftin ucuzlaşmasının qarşısının alınması, bazarda sabitliyə nail olmaq məqsədilə mümkün variantlar üzrə müzakirə aparılıb.  Bildirilib ki, hazırda  OPEC+ ölkələrinin neft istehsalını azaltmaları  təklifi səsləndirilir.  Lakin neft bazarının gələcək inkişaf istiqaməti ilə bağlı fikirlər OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin bugünkü iclasında aydınlaşacaq.

Söhbət zamanı Azərbaycanın OPEC+ əməkdaşlıq formatında rolu, eləcə də BƏƏ ilə ölkəmiz arasında  enerji sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər