Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Aymin Benəbderəhman  energetika naziri Pərviz Şahbazovu qəbul edib.

Baş nazir Azərbaycan Prezidentinin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirib və Əlcəzair Prezidenti Abdelmacid Tebbunun salamlarını  dövlət başçısına  çatdırmağı xahiş edib. 

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, Əlcəzairlə hərtərəfli, o cümlədən enerji əməkdaşlığının inkişaf etdirilməsinə Azərbaycan Prezidenti tərəfindən xüsusi diqqət yetirilir.  Bu səfər çərçivəsində aparılan ikitərəfli müzakirələr və neft-qaz sahəsində imzalanan əməkdaşlıq sənədi məhz bu siyasətin həyata keçirilməsinə xidmət edir.

Görüşdə Azərbaycan ilə Əlcəzairin iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb və bu sahədə irəliləyişlərə nail olmaq üçün Əlcəzair hökuməti tərəfindən zəruri dəstəyin göstəriləcəyi qeyd edilib.

 

Digər xəbərlər