<

Energetika naziri Pərviz Şahbazov  16-17 fevral tarixlərində Bavariyanın paytaxtında keçirilən 54-cü Münhen Təhlükəsizlik Konfransında iştirak edib.

Konfrans çərçivəsində Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər də keçirib. Energetika naziri ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette, UNİPER şirkətinin  baş direktoru Klaus Şafer və Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerlə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişafına dair maraq doğuran məsələlər ətrafında  fikir mübadiləsi aparılıb.  

Digər xəbərlər