Energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşlar elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, qazlaşdırma, elektrik və qaz sərfiyyatına görə cərimələr, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası, elektrik enerjisi verilişinin keyfiyyəti, elektrik avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Qəbulda Bakı və Sumqayıt şəhərləri, Salyan, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan 18 vətəndaş iştirak edib.

 

Digər xəbərlər