- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Kanada Baş nazirinin Aİ və Avropa məsələləri üzrə xüsusi elçisi, Kanadanın Almaniyadakı səfirini qəbul edib
Energetika Nazirliyində Kanada Baş nazirinin Avropa İttifaqı və Avropa məsələləri üzrə xüsusi elçisi, Kanadanın Almaniyadakı səfirini cənab Stefan Dionun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan və Kanadanın neft və qaz sənayesi, iki ölkə arasında bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
Energetika naziri Pərviz Şahbazov Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi tarixi inkişaf yolu, həyata keçirilən qlobal enerji-kommunikasiya layihələri, dünya enerji bazarında son tendensiyalar və ölkəmizin enerji sektorunda yeni çağırışlara uyğun aparılan islahatlar barədə ətraflı məlumat verib.
Görüşdə Kanadanın “Zenith Energy Ltd.” şirkəti ilə əməkdaşlıq əlaqələrinə toxunulub, bərpa olunan enerji və digər istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.