Qazaxıstanda Astana Beynəlxalq Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera arasında görüş olub.

Görüşdə bərpa olunan enerjinin istehsalı - ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr, eləcə də yaşıl enerji texnologiyalarının inkişafına dair fikir mübadiləsi aparılıb. Azərbaycanın 2023-2024-cü illər üzrə IRENA Şurasına üzvlüyü çərçivəsində  əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində imkanların dəyərləndirilməsinə IRENA-nın dəstəyi  ifadə edilib.

 

Digər xəbərlər