<

Energetika Nazirliyində Norveçin “Equinor” şirkətinin Beynəlxaq Kəşfiyyat və İstehsalat üzrə icraçı vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə “Equinor” şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. Energetika naziri Pərviz Şahbazov şirkətin ölkəmizdə uzunmüddətli fəaliyyətindən bəhs edərək, enerji əməkdaşlığına verdiyi töhfələri qeyd edib. “Equinor” şirkəti ilə neft-qaz sahələri üzrə əməkdaşlıqla yanaşı, bərpa olunan enerji sahəsinin inkişafına təkan verəcək birgə layihələrin həyata keçirilməsi də müzakirə olunub. Ölkəmizdə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, bu istiqamətdə investisiya qoyuluşunun təşviqi ilə bağlı görülən işlər və reallaşan layihələr barədə danışan nazir qeyd edib ki, yaşıl enerji sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. 
“Equinor” şirkətinin bərpa olunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisindən istifadə sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verilib, şirkətin bu sahədə geniş təcrübəyə malik olduğu qeyd olunub. 
 

Digər xəbərlər