Energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Nazir V.Andreyevanı BMT-nin Azərbaycan Respublikasında rezident əlaqələndirici vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Qlazqoda baş tutmuş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Azərbaycanın yeni hədəflə çıxış edərək, istixana qazı emissiyalarının azaldılması ilə bağlı əlavə könüllü öhdəlik götürdüyü bir daha diqqətə çatdırılıb.

Görüşdə bu ilin martında imzalanmış 2021-2025-ci illər üzrə “BMT və Azərbaycan Respublikası Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasından irəli gələn məsələlərə toxunulub. Sənəd çərçivəsində enerji keçidinin vacib elementləri, o cümlədən bərpa olunan enerji, enerji səmərəliliyi, “yaşıl artım” və karbonsuzlaşdırma istiqamətləri üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Dayanıqlı enerji sahəsində milli hədəflər və qlobal təşəbbüslər arasında ahəngin təmin edilməsi üçün birgə fəaliyyət mexanizmləri nəzərdən keçirilib.

Digər xəbərlər