- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Beyləqanda vətəndaşları qəbul edib
Fevralın 24-də energetika naziri Pərviz Şahbazov Beyləqan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, elektrik qurğu və avadanlıqların mühafizə zonası, elektrik enerjisindən istifadəyə görə yaranmış borc və cərimələr, qaz sayğacının dəyişdirilməsi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.
Qəbulda Tərtər və Beyləqan şəhərlərindən olan vətəndaşlar iştirak ediblər.