Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edib. Nazir 8-9 iyun tarixlərində Astana şəhərində keçiriləcək Astana Beynəlxalq Forumunda iştirak edəcək.

Forum çərçivəsində Pərviz Şahbazovun “Bərpa olunan enerji sahəsində regional inkişaf: enerji təhlükəsizliyinin təmin olunmasının alternativ yolları” mövzusunda panel müzakirələrdə iştirakı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

Digər xəbərlər