Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevaranı qəbul edib.

Görüşdə Azərbaycan və ABŞ arasında enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri, xüsusilə yaşıl enerji üzrə əməkdaşlıq imkanları müzakirə edilib, ABŞ şirkətlərinin enerji sahəsində digər infrastruktur layihələrində iştirakına maraq ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Digər xəbərlər