<

1 saylı “Asan Kommunal” mərkəzində sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi məqsədilə yaradılmış Texniki Şuranın növbəti iclası keçirilib.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) “Enerji tənzimləmə və monitorinq” departamentinin direktoru Pərviz Əliyev çıxış edərək ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə energetika sahəsində əldə olunan uğurlu nailiyyətlərdən söz açıb, bu sahədə aparılan əsaslı islahatları diqqətə çatdırıb.

İclasda gündəlikdə duran əsas məsələlər müzakirə olunub və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli, 1313 nömrəli Fərmanından irəli gələn məsələlərin həlli istiqamətində bir sıra qərarlar qəbul edilib. Bundan əlavə, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovun əmri ilə yaradılmış texniki şuraların fəaliyyətinin təşkil olunması istiqamətində müzakirələr aparılıb və müvafiq göstərişlər verilib. Tədbirdə Texniki Şuranın üzvləri tərəfindən gündəlikdəki məsələlərə dair təkliflər dinlənilib.

Qeyd edək ki, iclasda 1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt “ASAN xidmət” və Gəncə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən texniki şuraların üzvləri iştirak ediblər.

Digər xəbərlər