- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Dünya Neft Şurası Energetika Nazirliyinin məktubuna cavab verib
Dünya Neft Şurasının Baş direktoru Pierce Riemer Ermənistanın törətdiyi təxribatlarla bağlı Energetika Nazirliyinin müraciətinə cavab məktubu göndərib. Məktubda bölgədə davam edən münaqişə və onun potensial nəticələri barədə xəbərdar olduqları və müraciətin Dünya Neft Şurasının Prezidentinə təqdim edildiyi diqqətə çatdırılıb. Baş direktor mövcud vəziyyətlə bağlı Şuranın bütün Milli Komitələrinin məlumatlandırılacağını və bu çətin dövrdə Azərbaycanı dəstəklədiklərini bildirib.
Xatırladaq ki, Energetika naziri Pərviz Şahbazov tərəfindən bir sıra beynəlxalq enerji təşkilatlarına Azərbaycanın neft və elektrik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciət ünvanlanıb.