Azərbaycan Respublikasının Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq çərçivəsində “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.

Təlim çərçivəsində Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdir müavini Lalə Qədirova iştirakçılara xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, meyarları, həyata keçirilməsi prosesi, nəticələrə əsasən tətbiq edilən tədbirlər və qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verib. İnteraktiv tərzdə təşkil olunmuş təlimdə müvafiq mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Təlimdə Energetika Nazirliyinin və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 32 nəfər əməkdaşı iştirak edib.

 

Digər xəbərlər