2022-ci ilin 6 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1964 zəng qəbul edilib.

Daxil olan zənglərin 1523-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 165-i sayğaclaşma, 90-ı təşəkkür xarakterli, 186-ı isə digər məsələlərlə bağlı olub. Qaz təchizatı üzrə zənglərdən 5-ni qaz sızması ilə bağlı Fövqəladə Hallar Nazirliyindən daxil olan müraciətlər təşkil edib.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Xatırladaq ki. vətəndaşların müraciətləri Energetika Nazirliyinin (012) 598-16-55 “Qaynar Xətt”i, “974” Çağrı Mərkəzi, minenergy.gov.az internet səhifəsi və minenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Digər xəbərlər