- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Bu ilin 6 ayı üzrə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 830 müraciət daxil olub
2019-cu ilin 6 ayı ərzində Energetika Nazirliyinin Çağrı Mərkəzi tərəfindən 830 zəng qəbul edilib.
Müraciətlər əsasən, elektrik enerjisi və qaz təchizatı məsələlərini əhatə edib. Bunlardan 343-ü enerji təchizatı, 280-i qaz təchizatı, 20-i elektrik və qaz sayğaclarının quraşdırılması, 7-i istilik sisteminə qoşulma, 78-i isə digər məsələlərlə bağlı müraciətlər olub. Daxil olan zənglərin 102-ni qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür zəngləri təşkil edib.
Hesabat dövründə qaz təchizatı üzrə qəbul edilən zənglərdən 31-i Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub ki, bu zənglər operativ şəkildə “Azəriqaz” İB-nin 104, 185 və 521-33-44 saylı qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib.
Cağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zəng və sorğular çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən şikayət və müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Qeyd edək ki, vətəndaşlar Energetika Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı nazirliyin (012) 598-16-55 “Qaynar Xətt” nömrəsinə və “974” qısa nömrəsinə zəng edərək Çağrı Mərkəzinin xidmətlərindən istifadə edə bilərlər.