2022-ci ilin ilk 3 ayında Energetika Nazirliyi və tabeli qurumlara elektrik enerjisi təchizatı, təbii qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji və digər məsələlərlə bağlı 1628 müraciət daxil olub.

Bu dövrdə 1235 müraciət müvafiq qaydada icra olunub, 237 müraciət isə baxılmaqdadır. 156 müraciət məlumat xarakterlidir.

Hesabat dövründə nazirlik və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 41 onlayn vətəndaş qəbulu təşkil edilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bu dövrdə nazirliyin sosial şəbəkə hesabları vasitəsilə 31 müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə yönləndirilib, sorğu tipli müraciətlər isə birbaşa və ya müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.

Digər xəbərlər