<

Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində Bakıda səfərdə olan Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Böyük Britaniyanın Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə dəstəyi, BP-nin iştirakı ilə Cənub Qaz Dəhlizi üzrə əldə edilmiş nailiyyətlər, eləcə də bərpa olunan enerji sahəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.

Pərviz Şahbazov Baronessa Emma Nikolsonun Məşvərət Şurasının iclaslarında iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycanın mühüm tərəfdaşı kimi Böyük Britaniya ilə enerji sektorundan başqa, digər sahələrdə  də uzunmüddətli əməkdaşlıq üçün böyük potensial var. Qeyri-neft sektorunda çoxşaxəli əməkdaşlığı təmin edəcək prioritetlər Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının gündəliyinə daxil ediləcək.  

Söhbət zamanı regional və qlobal məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər