<

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin rəhbəri Əhməd Dalmuk Al Maktum energetika sahəsində əməkdaşlıq imkanları ilə maraqlanıb. Görüşdə bərpa olunan enerji sahəsində investor kimi iştirak, qaz və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında xərclərin azaldılması və səmərəliliyə nail olunması istiqamətində, eləcə də SOCAR-la əməkdaşlıq niyyətləri ifadə edilib.

Energetika naziri Pərviz Şahbazov BƏƏ ilə müxtəlif sahələr üzrə yüksək səviyyədə olan əlaqələrin enerji sektorunda da inlkişafı üçün potensialın olduğunu bildirib. “OPEC plus” toplantıları çərçivəsində  BƏƏ-nin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə sıx təmasda olduğunu deyən nazir bu görüşlərin yeni əməkdaşlıq əlaqələrinin yaradılmasında mühüm rolunu qeyd edib. Belə görüşlərin nəticəsi kimi nazir hazırda “Mübadilə” şirkəti ilə müzakirələrin aparıldığını bildirib. Eyni zamanda, bərpa olunan enerji sahəsində “Masdar” şirkəti ilə əməkdaşlıq edildiyini diqqətə çatdırılıb.

Görüşdə hazırda bərpa olunan enerji sahəsində həyata keçirilən komleks tədbirlər, investorlar üçün əlverişli mühitin yaradılması istiqamətində görülən işlər, həmçinin müvafiq layihələr barədə məlumat verilib və BƏƏ-nin iş adamları ölkəmizdə enerji sahəsində iştiraka dəvət edilib.

Digər xəbərlər