<

Bakı şəhərinin 2017-ci il üzrə elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı barədə hesabat hazırlanıb. Hesabata əsasən ötən il əvvəlki illərlə müqayisədə Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı üzrə yüksək göstəricilərə nail olunub. Belə ki, Bakı şəhəri üzrə 2017-ci il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,87 saat təşkil edib. Orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,98 dəfə olub.

Bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından aşağıdır. Bunun başlıca səbəbi son 10 ildə Bakı şəhərinin paylayıcı şəbəkəsində mövcud olan 33 ədəd 110 kV-luq yarımstansiyadan 25-nin tikilərək tam yenidən qurulması, 80 ədəd 35 kV-luq yarımstansiyanın inşa edilməsidir ki, həmin yarımstansiyalardan son 4 ədədi bir il əvvəl istismara buraxılıb. Bununla yanaşı paytaxtın 90 faizində yeraltı kabelləşmə işinin həyata keçirilməsi və yaradılan dairəvi elektrik enerjisi təchizatı sxemlərinə qoşulması da Bakı şəhərinin enerji təchizatının etibarlılığı və dayanıqlılığına müsbət təsir göstərib.

Digər xəbərlər