<

17 mart tarixində Energetika Nazirliyi, nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) nümayəndələri ilə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri arasında onlayn görüş keçirilib. 
Görüş energetika sahəsində görülmüş işlər barədə tələbələrin məlumatlandırılması, onların müvafiq sahələr üzrə biliklərinin artırılması prosesinə dəstək verilməsi məqsədi ilə təşkil edilib. Ölkəmizdə energetika, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı, bu sahədə həyata keçirilən pilot layihələr, universitetlərlə əməkdaşlıq perspektivləri və gələcək planlar haqqında məlumat verilib.
Görüş zamanı Energetika Nazirliyinin və AERA-nın rəsmi internet saytlarının ayrı-ayrı bölmələri əyani şəkildə nümayiş etdirilib, qurumların mütəmadi yenilənən sosial media səhifələri barədə məlumat verilib. Sonda görüş iştirakçılarını maraqlandıran suallar qurum nümayəndələri tərəfindən cavablandırıb.
 

Digər xəbərlər