<

Energetika naziri Pərviz Şahbazov  Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak üçün Moskvaya səfər edib. Energetika nazirinin oktyabrın 3-də “Rusiya Enerji Həftəsi”ndə “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları“ mövzusunda çıxışı nəzərdə tutulub. 
Oktyabrın 3-7-də keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı,bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri  iştirak edəcəklər.
Pərviz Şahbazov həmçinin  “Simens” şirkətinin “Rusiya Enerji Həftəsi”ndə  təşkil olunan “Enerji sisteminin gələcəyi” adlı tədbirinə də qatılacaq.  
Qeyd edək ki,  Azərbaycanla Rusiya arasında energetika, neft-qaz sahələrində sıx əlaqələr mövcuddur və bu əməkdaşlıq yeni layihələrlə möhkəmləndirilir.

Digər xəbərlər