<

Əbu-Dabidə səfərdə olan Energetika naziri Pərviz Şahbazov OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo və Rusiyanın Energetika naziri Aleksandr Novakla görüşüb. Görüşlərdə  dünya neft bazarının son vəziyyəti və inkişaf meyilləri, neftin qiymətinə  və neftə qlobal tələbatda artıma təsir edən faktorlar, “OPEC plus”  ölkələri üzrə öhdəliklərin  icra göstəriciləri və eləcə də  bu format çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib. Neft bazarında sabitliyin qərarlaşdığı vurğulanaraq bu prosesdə “OPEC plus” iştirakçılarının  rolu yüksək qiymətləndirilib.  “OPEC plus” əməkdaşlığı qiymət sabitliyinin davamlılığını təmin edə biləcək  uğurlu və çevik tənzimləmə mexanizmi kimi  qeyd olunub.

Nazir Pərviz Şahbazov Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə də görüşüb. Görüşdə şirkətin külək enerji sahəsində əməkdaşlığa dair təklifləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər