- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı 755 min barrel olub
Respublikada sentyabr ayı üzrə gündəlik neft hasilatı 755 min barrel olub. Bunun 683 min barrelini xam neft, 72 min barrelini kondensat təşkil edib. Gündəlik 560 min barrel xam neft, 68 min barrel kondensat, 6,2 min barrel isə neft məhsulları ixrac edilib.
Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar - sentyabr aylarında orta gündəlik neft hasilatı 767 min barrel təşkil edib.
Energetika Nazirliyi sentyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.