<

2020-ci ilin avqust ayında elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələr üzrə istehlakçı hüquqlarının qorunması ilə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə birbaşa və Energetika Nazirliyi vasitəsilə ümumilikdə 325 müraciət daxil olub. Bu müraciətlərin 260-ı elektrik enerjisi, 55-i təbii qaz təchizatı, 2-si istilik təchizatı, 8-i isə digər məzmunlu məsələlərlə bağlı olub. 
Ümumilikdə daxil olan 325 müraciətin 4-ü Energetika Nazirliyi ilə müştərək icra edilib, 21 məlumat xarakterli müraciətdən 9-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub. 178 müraciət hazırda icra olunmaqdadır, 126 müraciət isə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb. 3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib.

Digər xəbərlər