<

Energetika Nazirliyi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının birgə təşkilatçılığı ilə nazirlik əməkdaşlarının və Energetika Nazirliyi yanında ictimai şuranın üzvlərinin iştirakı ilə "Korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması", “Maraqların toqquşmasının qarşısının alınması” mövzularında onlayn seminar keçirilib.
Təlimçi Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev tərəfindən korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyətdə dair təqdimat nümayiş olunub. Korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, vəzifəli şəxs anlayışı, korrupsiya hüquqpozmalarının növləri, korrupsiyanın qarşısının alınması, maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət, qanunsuz əldə edilmiş əmlak, imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsinə dair ətraflı məlumat verilərək, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli, fiziki və ya hüquqi şəxslərin məsuliyyəti nümunələr əsasında izah edilib. Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına dair məlumatlar diqqətə çatdırılıb. Sonda seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Digər xəbərlər