Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundovun rəhbərliyi etdiyi nümayəndə heyəti Rumıniyada işgüzar səfərdədir. 21 iyun tarixinədək davam edəcək səfərin əsas məqsədi Rumıniyanın enerji tənzimlənməsi sahəsindəki təcrübəsinin öyrənilməsi və əldə edilmiş praktiki biliklərin Azərbaycanda tətbiqi mexanizmlərinin təhlil edilməsidir.

Səfər zamanı nümayəndə heyəti Rumıniyanın yerli enerji təminatçısı OPCOM operatoru, elektrik enerjisinin istehsalı və paylanması ilə məşğul olan “Transelectrica” şirkəti, rumın enerji tənzimləyicisi ANRE (National Regulatory Authority for Energy) və digər qurumlarla ikitərəfli görüşlər keçirib.

5 günlük səfər çərçivəsində AERA nümayəndə heyətinin Rumıniyanın müvafiq sahədə fəaliyyət göstərən müxtəlif qurumlarla görüşlər keçirməsi, Rumıniyanın elektrik enerjisinin topdansatış bazarı modeli, təşkilati strukturların çalışma mexanizmləri, bazar operatorlarının fəaliyyəti, beynəlxalq səviyyədə əməkdaşlıq platformları, texniki qaydalar, şəbəkənin inkişaf planları və digər məsələlərlə bağlı yerli təcrübənin öyrənilməsi, yerli ekspertlərlə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Digər xəbərlər