- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
AERA 2021-ci ilin yanvar ayı ərzində vətəndaş müraciətləri, istismara buraxılış aktı və icazələr, layihə razılaşdırılması və Texniki Şuralara dair nəticələri açıqlayıb
İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ
Yanvar ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı bilavasitə Agentliyə və Energetika Nazirliyindən 547 müraciət daxil olub.
Elektrik enerjisi təchizatı ilə bağlı 313 vətəndaş müraciəti daxil olub;
Təbii qaz təchizatı ilə bağlı 149 müraciət daxil olub;
3 vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub;
82 müraciət digər məsələləri əhatə edib.
547 müraciətdən
205 müraciət Agentlik tərəfindən araşdırılaraq cavablandırılıb (1 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);
2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub;
294 müraciət hazırda baxılma prosesindədir;
36 müraciət məlumat xarakterli olub;
12 müraciət qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI
Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 7 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib;
Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 17 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb;
Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub;
81 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;
Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 313 olub;
Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 6 layihə sənədinin razılaşdırılmasından imtina olunub;
Agentlik tərəfindən 3 inzibati xəta haqqında protokol tərtib edilib, 2 işə baxılıb və qərar verilib;
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 4 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;
BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSISƏLƏRDƏ TEXNİKİ YOXLAMALAR
Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 9 texniki yoxlama aparılıb.
Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 12 texniki yoxlama aparılıb.
PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI
Agentliyə müraciət edən 4 müəssisədə elektrik təsərrüfatına cavabdeh 19 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.
TEXNİKİ ŞURALAR
Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara 138 müraciət daxil olub. Bu müraciətlərdən hamısı müsbət həll edilib.
Müraciətlərə Bakıda və regonlarda yerləşən 17 “ASAN xidmət" və “ASAN Kommunal” mərkəzində və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.