Cari ilin 9 ayı ərzində Energetika Nazirliyi, tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində istehlakçı hüquqlarının qorunması, elektrik və istilik enerjisi, təbii qaz təchizatı, bərpa olunan enerji və digər məsələlərlə bağlı ümumilikdə 6083 müraciətə baxılıb.

Müraciətlər əsasən, enerji təchizatı şəbəkəsinə qoşulma, elektrik enerjisi və təbii qaz təchizatında fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, borc və cərimələr, sayğaclaşma, işlə təminat, müxtəlif mövzularla bağlı sorğular və digər məsələləri əhatə edib.

Bu dövrdə 4989 müraciət müvafiq qaydada araşdırılaraq cavablandırılıb, 208 müraciət baxılmaqdadır. 886 müraciət isə məlumat xarakterlidir.

Hesabat dövründə Nazirlik və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 26 video qəbul təşkil edilib, vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bu dövrdə Nazirliyin facebook səhifəsi vasitəsilə 70-dən çox müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib, sorğu tipli müraciətlər isə müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.

Digər xəbərlər