2022-ci ilin 3-cü rübü ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1112 zəng qəbul edilib.

Daxil olan zənglərin 1014-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 47-i təşəkkür xarakterli, 5-i bərpa olunan enerji, 46-ı isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Xatırladaq ki. vətəndaşların müraciətləri Energetika Nazirliyinin (012) 598-16-55 “Qaynar Xətt”i, “974” Çağrı Mərkəzi, minenergy.gov.az internet səhifəsi və minenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Digər xəbərlər