“Yaşıl enerji məkanı” üzrə alt İşçi Qrupunun videokonfrans formatında yeddinci iclası keçirilib.

Alt İşçi Qrupun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə baş tutmuş iclasda "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" əsasında hazırlanmış “2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin “Yaşıl enerji məkanı”na dair hissəsi, o cümlədən alt məqsədlər, fəaliyyət istiqamətləri və hədəflər müzakirə olunub.

Qeyd edək ki, alt İşçi Qrupda Energetika Nazirliyi ilə yanaşı İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil olunur.

Digər xəbərlər