Energetika nazirinin müavini Samir Vəliyev Çin şirkətinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə şirkətin fəaliyyəti, beynəlxalq təcrübəsi, həyata keçirdiyi enerji və infrastruktur layihələri, eləcə də tətbiq etdiyi müasir texnoloji həllər barədə təqdimat nümayiş olunub.

Samir Vəliyev Azərbaycanın ümumi enerji potensialı, elektroenergetika sektorunun inkişaf prioritetləri, elektrik şəbəkəsi infrastrukturunun yenilənməsi və gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin ölkəmizdə həyata keçirilən və perspektivdə reallaşdırılması nəzərdə tutulan bərpa olunan enerji, elektrik enerjisinin ötürülməsi və enerji saxlanc sistemləri üzrə layihələr, o cümlədən Xəzər dənizindən Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin ötürülməsini nəzərdə tutan “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi diqqətə çatdırılıb. Görüşdə enerji sektorunda müasir texnologiyaların tətbiqi və Çin şirkəti ilə mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Digər xəbərlər