- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər Abidəsini ziyarət edib
Energetika Nazirliyinin, o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr Anım Günü ilə əlaqədar Zəfər Abidəsini ziyarət edib.
Zəfər Abidəsinin önünə gül dəstələri qoyulub, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu və Vətən qarşısında göstərdikləri misilsiz fədakarlıq bir daha dərin ehtiramla xatırlanıb.