Energetika naziri Pərviz Şahbazovla Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke arasında görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfərinin və Berlində imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Səfər zamanı əldə olunmuş razılaşmaların enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığı qeyd edilib.

Görüşdə Azərbaycan qazının Almaniyaya tədarükü, Azərbaycanın bərpa olunan enerji potensialı, elektrik şəbəkəsinin gücləndirilməsi və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə yaşıl enerjinin Avropaya ixracı perspektivləri müzakirə olunub. Enerji təhlükəsizliyi, enerji keçidi, neft-qaz, bərpa olunan enerji və enerji səmərəliliyi də daxil olmaqla bütün əsas istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə edilib.

 

Digər xəbərlər