- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib
Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Nazirlikdə növbəti vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı elektrik enerjisi və təbii qaz təchizatı, sayğaclaşma, mühafizə zonaları, elektrik naqillərinin istismar vəziyyəti, elektrik enerjisi verilişində fasilələrin yaranması və digər mövzularla bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qəbulda Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Biləsuvar rayon sakinləri iştirak edib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.