- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Zamanın düzgün idarə edilməsi mövzusunda təlim təşkil olunub
Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əməkdaşlıq çərçivəsində işçilərin peşəkar inkişafı, bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimlərin təşkili davam edir.
Əməkdaşların vaxtdan səmərəli istifadə, işlərin düzgün planlaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi və gündəlik fəaliyyətin daha effektiv təşkili ilə bağlı bilik və bacarıqlarının inkişafına yönəlmiş növbəti təlim “Zamanın düzgün idarə edilməsi” mövzusuna həsr olunub.
DİM-in əməkdaşı Fidan Novruzova təqdimatla çıxış edərək zamanın düzgün idarə edilməsinin əsas prinsipləri, işlərin prioritetləşdirilməsi, vaxt itkisinə səbəb olan amillər, planlaşdırma üsulları və iş prosesində səmərəliliyin artırılması yolları barədə ətraflı məlumat verib. İştirakçılara praktiki tapşırıqlar təqdim olunaraq müxtəlif situasiyalar üzərindən vaxtın düzgün bölüşdürülməsi və idarə edilməsi bacarıqları inkişaf etdirilib, mövzu ilə bağlı suallar cavablandırılıb, fikir və təcrübə mübadiləsi aparılıb.
Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin ümumilikdə 26 əməkdaşı iştirak edib.