- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyi yanında yeni tərkibdə İctimai şuranın ilk iclası keçirilib
Energetika Nazirliyi yanında yeni tərkibdə yaranmış İctimai şuranın ilk iclası keçirilib.
İclasda İctimai şuranın fəaliyyətinin təşkilinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, şuraya sədrin seçilməsi ilə bağlı səsvermə keçirilib. İki il fəaliyyət göstərəcək İctimai şuraya “Alternativ Enerji Araşdırmaları Mərkəzi” İctimai Birliyinin təsisçisi və sədri Şəfaqətov Rüstəm Şahvələd oğlu sədr, “Təmiz İstehsal və Enerji Səmərəliliyi Mərkəzi” İctimai Birliyinin layihələr üzrə meneceri Kərimov Rüstəm Ənvər oğlu sədr müavini, "Avroasiya Enerji və Davamlı İnkişaf" İctimai Birliyinin sədri Rüstəmzadə Fərhad Aqil oğlu isə katib seçilib.