- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Gender bərabərliyi mövzusunda növbəti maarifləndirici təlim keçirilib
Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda növbəti maarifləndirici təlim təşkil edilib.
Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Miranə Rüstəmlinin təqdimatı ilə keçirilən təlimdə gender anlayışı, gender bərabərliyi və stereotiplər, gender və cinsin fərqləri, qadın və kişilərin hüquq bərabərliyi, davranış normaları və məsuliyyətlər, gender bərabərliyinin insan resurslarının və kadr siyasətinin formalaşması və idarə edilməsinə təsiri, əmək fəaliyyəti prosesində gender rolları, liderlik, qərarvermə və idarəetmədə bərabərlik, gender bərabərliyinin pozulması halları və digər mövzular əhatə olunub.
Təlim zamanı, bu sahədə milli qanunvericilik, institusional mexanizmlər və beynəlxalq öhdəliklər barədə ətraflı məlumat təqdim edilib.
Bununla yanaşı, dövlət qulluğuna qəbul imtahanlarında gender aspektləri, namizədlərin cins və yaş bölgüsünə dair statistika, eləcə də vəzifə səviyyəsi üzrə gender bölgüsü ilə bağlı göstəricilər iştirakçıların diqqətinə çatdırılıb.
İnteraktiv müzakirələrlə davam edən təlimdə Energetika Nazirliyi və tabeli qurumların 30-a yaxın əməkdaşı iştirak edib.