- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyində “Dinamik mühitdə koqnitiv çeviklik və qərarların optimizasiyası” mövzusunda təlim keçirilib
Energetika Nazirliyində “Dinamik mühitdə koqnitiv çeviklik və qərarların optimizasiyası” mövzusunda təlim keçirilib. Dövlət qulluğu və təşkilati idarəetmə şöbəsinin müdir müavini Sarvan Qurbanov Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimin mövzusunun aktuallığına diqqət çəkərək, onun iş prosesində səmərəliliyin daha artırılmasına töhfə verəcəyinə inandığını qeyd edib.
Daha sonra DİM nümayəndəsi Sevinc Məmmədova “Dinamik mühitdə koqnitiv çeviklik və qərarların optimizasiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda dinamik iş mühitini və dəyişiklikləri anlamaq, iş prosesində çevikliyi gücləndirmək, qərarları düzgün qəbul etmək və onların optimizasiyasına dəstək olan alətləri tanımaqla bağlı iştirakçılara faydalı məlumatlar verilib. Dəyişən şərait, yeni məlumat və müxtəlif situasiyalar qarşısında davranış strategiyasını operativ şəkildə uyğunlaşdırmaq yolları barədə ətraflı müzakirələr aparılıb.
Təlim çərçivəsində iştirakçılarla müxtəlif prakitiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb, dinamik iş mühitində qərar qəbuletmə ilə bağlı yanaşmalar təhlil edilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə Energetika Nazirliyinin Aparatı, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.