2026-cı ilin 6 ayı ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 7326 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 1043-ü məlumat, 6283-ü isə icra xarakterli olub. Bunlardan 5729-u müvafiq qaydada icra edilib, 554 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik veriliş xəttinin mühafizə zonası, kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, enerji səmərəliliyi, qəbula yazılmaq, kadr məsələləri, icazələr, təşəkkür və digər mövzuları əhatə edib.

Hesabat  dövründə daxil olan müraciətlərin 4948-i Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə qəbul edilib. Müraciətlərin 4080-ni elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 512-si təşəkkür xarakterli, 356-sı isə digər məsələlərlə bağlı olub.

Birinci yarımil ərzində Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 203 vətəndaş qəbul edilib.

Digər xəbərlər