- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
Energetika Nazirliyində 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Nazir müavini Samir Vəliyev kollektiv üzvlərini təbrik edib, bu günün dövlət qulluqçularının fəaliyyətinə verilən qiymətin ifadəsi olduğunu vurğulayıb. Qeyd edilib ki, dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun rəhbərliyi ilə ölkədə peşəkar, şəffaf və səmərəli dövlət idarəçiliyi prinsiplərinə əsaslanan dövlət qulluğu institutunun təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sistemi daha da təkmilləşdirilərək müasir çağırışlara uyğunlaşdırılıb, dövlət qulluqçularının peşəkarlığının artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilib.
Tədbir zamanı Nazirliyin Dövlət qulluğu və təşkilati idarəetmə şöbəsinin müdiri Əsəd İsmayılov və digər əməkdaşlar da çıxış edərək bu günün əhəmiyyətini, dövlət başçısı tərəfindən qarşıya qoyulan tapşırıqların vaxtında, keyfiyyətlə və yüksək peşəkarlıqla icra edilməsinin önəmini vurğulayıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.